İstənilən biznesin inkişafı danışıqlar və işgüzar görüşlərin təşkili ilə məhdudlaşmır. Proseslərin gedişi və nəticələrin uğurlu olması təkcə biznes sahiblərinin müzakirə etdiyi şərtlərdən asılı deyildir. Biznesin gələcək inkişafı və ya risklərdən qorunması isə təkcə müqavilələrdəki müddəaların çoxluğu, hüquqi yükü ilə formalaşmır. Bütün proseslərin başlanğıcı və uğurla tamamlanması danışıqlar prosesinin doğru təşkili, görüş ab-havasının yaradılması, işgüzar söhbətlərin rəsmi və ya qeyri-rəsmi şəraitdə təşkil olunmasından asılıdır.
Özbəkistan Ticarət evi olaraq məqsədimiz iki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsi olduğu üçün biznes görüşlərinin keçirilməsi prosesinə xüsusi diqqətlə yanaşırıq. Ticarət evi olaraq Özbəkistana işgüzar səfər və biznes görüşlərinin təşkili istiqamətdə aşağıdakı işləri həyata keçiririk: