Biz yerli bazar iştirakçılarının Özbəkistan bazarına emosional və araşdırmadan yatırımlar etməsini əngəlləmək, onları yarana biləcək risklərdən qorumaq məqsədilə çalışırıq.
Bazar araşdırması, rəqabət şəraitində bazar davranışı üçün strategiya və taktikalar hazırlamaq üçün məlumat bazası yaradan vacib elementidir. Təklif etdiyimiz araşdırmanın mahiyyəti yatırım etmədən öncə bazarın keyfiyyət və kəmiyyət təhlilidir, məqsədi isə bazarın potensial ölçüsünü müəyyənləşdirmək, məhsul və xidmətlərə mövcud tələbatı, rəqabət səviyyəsini və rəqabət mühitinin xüsusiyyətlərini öyrənməkdir.
Bazar araşdırması xidməti bazar seqmentləşdirilməsinin öyrənilməsini əhatə edir. (vacib bir xüsusiyyətə (və ya bir neçə xüsusiyyətinə görə – alt coğrafi, cinsi, demoqrafik və s.) Yaranan alt qruplara bölmək). Nəhayət, tədqiqatın ən vacib obyekti bazar tendensiyaları – mövcud tendensiyalar, statistik məlumatların təhlili və inkişaf perspektivləri.
Bundan əlavə istək əsasında hədəf istehlakçı auditoriyası, ehtiyacları və üstünlükləri, etibar sahəsi və potensial istehlakçıların alış prosesinin müxtəlif mərhələlərində davranışı ilə əlaqəli işlərin görülməsini də həyata keçiririk. Özbəkistan ticarət evi olaraq Sizin üçün nələri araşdıra bilərik?