Haqqımızda

34+ milyonluq Özbəkistan bazarına xoş gəlmisiniz

Özbəkistan – Azərbaycan ticarət evi iki ölkə arasında çox şaxəli iqtisadi imkanların genişləndirilməsi, dövlətlərarası biznes münasibətlərinin yeni mərhələyə qaldırılması məqsədi ilə yaradılmış effektiv strukturdur. Ticarət evi hər iki ölkənin biznes subyektivləri arasında körpü rolunu oynayaraq idxal-ixrac layihələrinin həyata keçirilməsini təmin etməkdədir.

386 milyon dollarlıq (ÜMD ) bazardan pay alın

Özbəkistan – Azərbaycan Ticarət evi ölkədə fəaliyyət göstərən kiçik, orta və böyük bazar iştirakçıları üçün ÜDM (Ümumdaxili məhsul) həcmi illik 386 milyon dollar dəyərində olan Özbəkistan bazarından pay almaq üçün geniş imkanlar qovşağıdır. Məqsədimiz Azərbaycan şirkətlərini tez bir zamanda yeni və perspektivli bazarlara çıxarmaq, “bir pəncərə” formatında ixrac layihələrinin həyata keçirilməsinə köməklik göstərmək, hər iki ölkəni təmsil edən şirkətlərin yerli bazarlarda populyarlığının artmasına töhfə verməkdir. 

Azərbaycandakı Özbəkistan ticarət evinin təsisçisi Ramin Şərifovun təşəbbüsü, Özbəkistanın Azərbaycandakı səfirliyi, KOBİA və KOBSKA-nın dəstəyi ilə yaradılıb. Bu gün hər iki ölkə bazarında uzun illər təcrübəsi olan yerli və beynəlxalq mütəxəssislər sayəsində peşəkar fəaliyyətini davam etdirir.